اندیشمندان مسلمان: نخستین فیلسوف اسلام الکندی (801-866)
16 بازدید
محل نشر: دانشکده الهیات آذربایجان، باکو، جمهوری آذربایجان
نقش: نویسنده
سال نشر: 1397
وضعیت چاپ : چاپ شده
نحوه تهیه : فردی
زبان : azərbaycan dili
Orta əsrlər Şərq-İslam ölkələrində müsəlman fəlsəfəsi hər tərəfli inkişaf etmiş və müxtəlif xalqların nümayəndələri müsəlman fəlsəfəsinin yaradılması və yayılması prossesində yaxından iştirak etmişlər. Şərq ölkələrində müxtəlif dünyagörüşlü nəzəri problemlərin həllinin dünyəvi variantı “fəlsəfə” adlanmışdır. Bu isə bir çox hallarda biləvasitə yunan fəlsəfəsinin təsiri altında formalaşmışdır. Bu filosofların ilki Əl-Kindirir. Ə-Kindi (الکندی) Əbu Yusif Yaqub ibn İshaq (təqr.801, Bəsrə- təqr. 866, Bağdad) ilk orjinal aristotelçi-periparetik görkəmli ərəb- müsəlman filosofu və alimi və şərq peripateizminin banisi adı almışdır. Həmçinin “ərəb filosofu” ləqəbi ilə də məşhurdur. Qədim yunan filosof və alimlərinin əsərlərinin tərcümə və şərhində iştirak etmiş, Aristotel fəlsəfəsi ilə neonlatonizm vasitəsilə tanış olmuşdur. O orta əsrlərin məşhur bioqraflarının birinin sözlərilə desək, yunan, fars və hind müdriklərinin elmləri ilə silahlanmışdır. Metafizika, məntiq, etika, riyaziyyat, elmlərin təsnifatı, astrologiya, təbabət, musiqi nəzəriyyəsi, optika, meterologiya və kimyagərlikdən bəhs edən çoxlu risalələri var. (X əsrdə 240 adda əsəri məlum idi).