HİCAB – NECƏ VƏ NƏ ÜÇÜN ?
43 بازدید
ناشر: مرکز بین‌المللی ترجمه و نشر المصطفی (ص)
نقش: ویراستار
شابک: 3-180-195-964-978
سال نشر: 1389
تعداد جلد : 1
وضعیت چاپ : چاپ شده
نحوه تهیه : فردی
شماره چاپ : 2
زبان : آذری
Şərq və qərb dünyasının ən böyük problemi insani dəyərləri qorumaq məqsədilə səmavi şəriətlərin tövsiyə etdiyi məhdudiyyətin aradan getməsidir. Qərb sivilzasiyası İslam məmləkətlərinə açıldığı gündən bağlı hökmumətlər ictimada qərbli qadının örnəyini təbliğ etməyə çalışır və göz və bədənlərin hicabını aradan qaldırıb, gözləri və bədənləri çirkləndirməklə qəlblərin aynasını rəzilətlərlə bulaşdırmışlar. Qadın müqəddəs İslam hicabını geyinməklə hansısa bir şeyi əldən vermir, üstəlik, həm özünü, həm də cəmiyyətini onun qiymətli faydaları ilə bəhrələndirir. Əgər qadın hicabını götürsə, bir çox əxlaqi dəyərləri itiricək və bununla da, ailə ocaqları dağılacaq və ictima fitnə-fəsada çəkiləcəkdir. Lakinhicabını qoruduqda isə, öz dəyərini yüksəldəcək, ailə ocaqları möhkəmlənəcək və nəhayət, ictimaya sağlamlıq və paklıq hakim kəsiləcəkdir. Qərb dünyası qadından hicabı almaqla nəinki sağlamlığını, səadət və xoşbəxtliyini təmin etməmiş, həqiqətdə, hər bir şeyini əlindən almışdır. Hicab nə manedir, nə də əzab-əziyyət; bu kimi kateqoriyanı bəhanə edərək açıq-saçıqlıq və yarımçılpaqlığa üz gətirmək bu yüksək dəyərə zülm və dini-əxlaqi dəyərləri məhv etməklə cövhər və azadlığımızı əlimizdən almaq istəyən istismarçılara köməkdir. İndi isə, biz bu yüksək dəyərin möhkəmləndirilməsi uğrunda əlimizdən gələni əsirgəməməli və qəflətdə yatanları başa salmalıyıq ki, hicab məhdudiyyət, nöqsan və eyib deyil, əksinə bir çox faydalar və müsbət təsirlərlə yanaşı, pak və müqəddəsdir.