HƏCC ƏMƏLLƏRİ
29 بازدید
ناشر: مرکز تنظیم و نشر آثار حضرت آیت‌الله العظمی صافی (م
نقش: مترجم
شابک: 9-46-5105-600-978
سال نشر: 1390
تعداد جلد : 1
وضعیت چاپ : چاپ شده
نحوه تهیه : فردی
شماره چاپ : 2
زبان : آذری
Elmin inkişaf və məlumatların partlayışı əsrində kütlənin bütünlüklə bu elmlərə və məlumatlara tam agahlığı yoxdur. İnsanlar özlərinin fərdi və ictimayı xüsusiyyətlərinə uyğun və həmçinin zaman və məkan mövqelərinə münasib şəkildə çalışırlar. Onlar sadəcə yaşayışın gündəlik ehtiyaclarını ödəmək üçün lazım olan bilgiləri və məlumatları əldə etmək istəyirlər. Fiqh elmi də bu qaydadan istisna olunmur. Fiqh elminin bütün bölümlərini və böyük fəqihlərin söylədiklərini mənimsəmək, baxmayaraq ki, bu sahənin mütəxəssisləri üçün qeyri mümkün deyil, lakin kütlə üçün nə lazımdır və nə mümkün. Məhz buna əsaslanaraq deyirlər: "Hər müsəlmana vacibdir adətən ehtiyacı olduğu məsələləri öyrənsin". Qarşınızda olan kitab Həcc mənasiki və əməlləridir. Bu kitab kütlənin və elmsevərlərin asanlıqla şəri hökümləri kəsb etməsinə əsaslanaraq tənzim edilmişdir. Hazırda »Həcc Əməlləri« toplusunu əziz oxuculara təqdim edirik. Bu toplu və kitabda cavablandırılan suallar HƏZRƏTİ AYƏTULLAH – ÜZMA SAFİ GÜLPAYQANİNİN fətvalarına uyğun olaraq hazırlanmışdır. Bu kitabdan ümumi kütlənin səmərəli istifadə etməsi üçün çalışmışıq tərcüməni aydın, müxtəsər və fiqhi terminlərdən uzaq şəkildə tənzimləyək. Uca Tanrıdan bu toplunun silsiləvi şəkildə, davamlı surətdə çap olmasını diləyirik. Əziz oxucuların təklif və fikirləri bu toplunun daha da intensiv olmasına səbəb olacaq.